• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Orban Kiyevə səfərə hazırlaşır

DÜNYA

05 Mart 2023 | 22:21 | Müəllif: Subhan Mahmudov

Orban Kiyevə səfərə hazırlaşır

Budapeşt baş nazir Viktor Orban Kiyev səfərinə hazırlaşır.

Adalet.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib. Diplomatın sözlərinə görə, Macarıstan hökumətinin başçısının Ukrayna paytaxtına səfəri “bütün ilkin şərtlər” yaradılan zaman baş tutacaq.

"Hazırda biz onun texniki hazırlığı mərhələsindəyik" deyə o, bildirib.

Szijarto həmçinin xatırladıb ki , fevral ayında Orban Brüsseldə Aİ sammitində iştirak edərkən Ukrayna prezidenti Volodimir  Zelenski ilə danışıb. “Biz hər zaman (Ukrayna ilə) dialoqa hazırıq. Ümid edirik ki, dialoq mənalı olacaq”, - deyə nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026