• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Orion” kosmik gəmisi Yerə qayıtdı

DÜNYA

11 Dekabr 2022 | 23:41 | Müəllif: Subhan Mahmudov

“Orion” kosmik gəmisi Yerə qayıtdı

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

“Orion” gəmisi San-Diyeqo yaxınlığına enib.

NASA-nın ilkin məlumatlarına görə, gəmiyə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi noyabrın 16-da orbitə buraxmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026