Ermənistan hökumətinin proqramında deyilir ki, Ermənistan Rusiya ilə müttəfiq münasibətlərini gücləndirməyə və genişləndirməyə davam edəcək.
Bakıvaxtı.az xarici KİV-ə istinadən Ermənistanın icra orqanının saytından dərc olunmuş sənədin mətnindən sitat gətirir: "Ermənistan ikitərəfli gündəliyin bütün sahələrində, o cümlədən hərbi-siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəni sahələrdə Rusiya ilə müttəfiqlik əlaqələrini və strateji tərəfdaşlığı gücləndirməyə və genişləndirməyə davam edəcək".
Sənəddə Ermənistan-Rusiya siyasi dialoqunun ən yüksək səviyyədə intensivləşdirilməsi, Aİİ, KTMT və MDB çərçivəsində Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi üçün tədbirlərin görüləcəyi qeyd olunur.
Qeyd olunur ki, Ermənistan hökuməti ABŞ ilə əlaqələri inkişaf etdirmək və dərinləşdirmək, demokratik islahatlar, qanunun aliliyi və korrupsiya ilə mübarizə məsələlərində qarşılıqlı əlaqəni genişləndirmək üçün çalışacaq.
Hökumət Ermənistanın Fransa və AB ölkələri, İran, Gürcüstanla da əlaqələrini gücləndirəcəyini bildirilir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az









jpg-1631875590.webp)






