• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Paşinyan Fransaya dəvət edildi

DÜNYA

17 Sentyabr 2024 | 16:32

Paşinyan Fransaya dəvət edildi

Fransa hökuməti Ermənistanın baş naziri Nikol Paşinyanı 19-cu Frankofoniya sammitində iştiraka dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sentyabrın 17-də Fransanın Ermənistandakı səfiri Olivye Dikotini jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 4 və 5-də Fransanın Viller-Kotterets və Paris şəhərlərində 19-cu Frankofoniya sammiti keçiriləcək.

“Təxminən 10 gündən sonra Villers-Kotteretsdə Frankofoniya sammiti keçiriləcək və orada Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Frankofoniya mövzusu Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazir Nikol Paşinyanla görüşləri zamanı müzakirə olunub”, - Dekotini qeyd edib.

Onun sözlərinə görə, Frankofoniya sammiti iki ölkə arasında xüsusi bağ yaradır. Fransa səfiri bunun Ermənistan üçün də strateji əhəmiyyət kəsb etdiyini, siyasi, hərbi, mədəni və digər sahələrdə çoxşaxəli əməkdaşlığın gözlənildiyini vurğulayıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024