• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Paşinyandan Mişustinə JEST
 

SİYASƏT

02 Fevral 2024 | 17:37

Paşinyandan Mişustinə JEST

Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi Avrasiya İqtisadi İttifaqının inteqrasiyasının gələcək inkişafının prioritetləri əsasən Rusiyanın yanaşmalarına uyğundur və Moskva onların həyata keçirilməsini dəstəkləməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.

“Yanvar ayından İttifaq orqanlarında sədrlik funksiyaları Ermənistana verilib. Hörmətli Nikol Vovaeviç, mən erməni həmkarlarıma uğurlar arzulayıram. Biz inteqrasiyanın gələcək inkişafı üçün Sizin təklif etdiyiniz prioritetləri diqqətlə nəzərdən keçirdik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Təbii ki, biz onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - Mişustin bildirib.

Almatıda Ermənistanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026