• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Patı" çəkən azyaşlı psixi xəstəyə çevrilib

HADİSƏ

13 Yanvar 2022 | 13:27 | Müəllif: Qalib İbrahimoğlu

"Patı" çəkən azyaşlı psixi xəstəyə çevrilib

Paytaxtda dövlət müəssisəsi və sığınacaqlara yerləşdirilməsinə baxmayaraq dəfələrlə oradan qaçan 11 yaşlı uşaq psixi xəstəyə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

"Hər gün Nizami metrosu ərazisində 10 manat topladıqdan sonra "patı" istifadə edən azyşalı artıq psixi xəstəlikdən əziyyət çəkir" deyən K.Ağazadə azyaşlının tez bir zamanda ruhi-əsəb xəstəxanasına yerləşdirilməsini vacib sayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə Trend-ə bildirilib ki, həmin uşaq dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq həmişə oradan qaçıb.

"Sonuncu dəfə təcili yardımla yenidən səhiyyə mərkəzinə yerləşdirilib və ordan da qaçıb. Yenə də Bakı Şəhər Baş Polis İdarəsinə məlumat vermişik. Uşağın ailəsi Bərdədə yaşayır. Ailə üzvləri 5 nəfərdən ibarətdir. Heç birinin qeydiyyatı yoxdur".

Komitə məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya da məlumat verib.

"Komitə tərəfindən aidiyyəti qurumlarla birgə iş aparılır. Hazırda uşağın sənədləri hazırlanır. Görünür ki, narkotik istifadəçisidir və psixoloji vəziyyəti yaxşı deyil", - deyə Dövlət Komitəsindən bildirilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026