Mingəçevirdə çay evində yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki ,hadisə gecə saatlarında Fizuli küçəsində yerləşən parkda qeydə alınıb.
Parkın ərazisindəki çay evi yanıb. Hadisə nəticəsində zərərçəkən olmasa da, çay evi yanaraq tam yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 150 m² sahədə, içərisində 10 ədəd soyuducu və 3 ədəd kondisioner yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











jpegjpg-1647189596.webp)



