• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Siyəzən Broyler"in ərazisində YANĞIN

HADİSƏ

13 Mart 2022 | 16:18

"Siyəzən Broyler"in ərazisində YANĞIN

"Siyəzən Broyler" ASC-nin ərazisində yanğın olub.

Bu barədə Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ASC-nin ərazisində ümumi sahəsi 1096 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 548 m² sahədə, içərisində elektrik naqilləri 820 p.m, 12 ədəd mühərrik və havalandırma qurğusu, 1070 ədəd plastik su və yem qabı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026