Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Məlumata görə, beşmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin mətbəxində qaz sobası, aspirator və 2 m² sahədə mebel yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















