Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın birinci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin mətbəxində qaz sobası, aspirator və 2 m² sahədə mebel yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















