• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Toya gedən tələbə yoldaşları qəzaya düşdülər: ölən var

HADİSƏ

13 Mart 2022 | 23:45 | Müəllif: Qalib İbrahimoğlu

Toya gedən tələbə yoldaşları qəzaya düşdülər: ölən var

Lənkəranda minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib.

Bakıvaxtı.az-ın apa-ya istinadla verdiyi məlumata görə, qəza axşam saatlarında Separadi kəndində baş verib. 99-BJ-103 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil yoldan çıxaraq irigövdəli şam ağacına çırpılıb. Nəticədə avtomobildəki Göyçay rayon sakinləri, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və 2004-cü il təvəllüdlü Cavid Salahlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər tələbə yoldaşlarının toyunda iştirak etmək üçün rayonun Zövlə kəndinə gəlmişdilər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR