Şamaxıda yük maşınının dərəyə aşması nətisəində 2 nəfər xəsarət alıb.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN)-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda (Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-ci kilometrliyi) “Ford” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.













jpegjpg-1647189596.webp)


