• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Oğrunu tutmaq istəyən gözətçi damdan yıxıldı

HADİSƏ

12 Fevral 2022 | 11:19 | Müəllif: Qalib İbrahimoğlu

Oğrunu tutmaq istəyən gözətçi damdan yıxıldı

Gözətçilər şübhəli şəxsi yaxlamaq istərkən onlardan biri ticarət mərkəzinin damından yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevirdəki "Orxan" ticarət mərkəzinin ərazisində baş verib. Belə ki, ticarət mərkəzinin və ona bitişik liseyin gözətçiləri obyektlərin dam hissəsində şübhəli səslər və hərəkətlilik hiss ediblər. Onlar damı söküb lçəri daxil olmaq istəyən şübhəli şəxsi yaxalamaq qərarına gəliblər. Damda şübhə doğuran hissəyə qaçan gözətçilərdən biri dam örtüyünün sınması nəticəsində obyektin içinə yıxılıb.

Hadisə nəticəsində xəsarəti alan 1994 cü ul təvəllüdlü gözətçi Rəcəbli Elsevər Nadir oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR