• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Peskov Ukraynanın vurduğu təyyarədən danışdı

SİYASƏT

02 Fevral 2024 | 16:33

Peskov Ukraynanın vurduğu təyyarədən danışdı

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsinin göyərtəsində olan Ukrayna hərbçilərinin cəsədlərinin Kiyevə təhvil verilməsinə yalnız istintaq qərar verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Hazırda bu məsələ bütünlüklə istintaq orqanlarının əlindədir", - o deyib.

Xatırladaq ki, yanvarın 24-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus "İl-76" təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Məlumata görə, qəzaya uğrayan "İl-76" təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb. "İl-76"nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Rusiya İstintaq Komitəsi qəzada həlak olanların hamısının, o cümlədən, Ukrayna hərbçilərinin kimliyinin müəyyən olunduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026