• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Polşa 100-ə yaxın "Apaçi" alır

DÜNYA

21 Iyul 2023 | 21:40 | Müəllif: Subhan Mahmudov

Polşa 100-ə yaxın "Apaçi" alır

Polşa ordusunun ABŞ-dan alacağı "Apaçi" helikopterlərinin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

O, ordunu 96 ədəd “Apaçi” helikopterləriylə təchiz edəcəklərini bildirib.

“Hələ müqavilənin icrasına qədər Polşa ordusu ABŞ quru qoşunlarının bizə verdiyi səkkiz belə helikopterdən istifadə edəcək”, - Blaşçak bildirib.

Qeyd edək ki, daha öncə də Blaşçak açıqlamasında ABŞ-dan "Apaçi" helikopterlərinin alınacağını və ölkənin şərqinə yerləşdiriləcəyini bəyan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR