• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pomidoru astronavt yeməyibmiş

CƏMİYYƏT

11 Dekabr 2023 | 12:19

Pomidoru astronavt yeməyibmiş

NASA astronavtı Frank Rubionun Beynəlxalq Kosmik Stansiyada apardığı təcrübə çərçivəsində yetişdirdiyi və keçən ay yoxa çıxdığı bildirilən pomidor aylar sonra tapılıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, keçən avqustda kosmik stansiyaya gedən astronavt Jasmin Moghbeli “Dostumuz Frank Rubio uzun müddətdir pomidor yeməkdə ittiham olunur. Amma biz ona bəraət qazandıra bilərik” deyib.

Pomidor yeməkdə şübhəli bilinən astronavt Rubio kosmos missiyasından Yerə qayıtdıqdan sonra çıxış edib: “Mən əmin idim ki, pomidoru velcro ilə yapışdırmışam. Amma qayıdanda o yox idi. Ən çox pomidoru yemədiyimi sübut etmək üçün tapmaq istəyirdim".

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR