• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident onları MÜKAFATLANDIRDI

SİYASƏT

08 Avqust 2022 | 15:25

Prezident onları MÜKAFATLANDIRDI

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən, Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

1.1. birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;

1.2. üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR