• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Prezident seçkiləri: Namizədlər harda səs verdilər?

SİYASƏT

07 Fevral 2024 | 13:06 | Müəllif: Qalib İbrahimoğlu

Prezident seçkiləri: Namizədlər harda səs verdilər?

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

Bu gün prezidentliyə namizədlər də səsvermə hüquqlarından istifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verib.

Prezidentliyə namizəd Zahid Oruc 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səs verib.

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səs verib.

Prezidentliyə namizəd Elşad Musayev səs vermək üçün 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsinə gedib.

Prezidentliyə namizəd Fuad Əliyev isə 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026