Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Baklvaxtı.az-ın xəbərinə görə, saat 08:00-da başlayan səsəvermə saat 19:00-da başa çatacaq.
Seçkidə 7 namizəd mübarizə aparır.
Həmin namizədlər aşağıdakılardır:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Qeyd edək ki, seçkiləri 90 372 müşahidəçi izləyir. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. Seçkilərin müşahidəsinə 14 partiya və 83 QHT üzvlərini, tərəfdarlarını, könüllüləri cəlb edib. 50 mindən çox müşahidəçi məhz 14 siyasi partiyanın mənsubudur.
Seçkiləri işıqlandırmaq üçün 109 beynəlxalq media qurumundan 216 jurnalist akkreditasiyadan keçib.
Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Murad Məmmədli
















