"Artıq ödənişli efir vaxtına qoşulma istəyən 44 media qurumu Mərkəzi Seçki Komissiyasına müraciət edib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, namizədlərin müraciəti əsasında qapalı görüş yerlərinin sayı da artıb.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, hava şəraiti kəskin olduğuna görə namizədlər MSK-ya müraciət edib:"Onların bu müraciətinin məntiqi aydındır. Amma gərək hava şəraitini əvvəldən nəzərə alardılar. Yay olsaydı, əlbəttə hamısı açıq havada seçicilərlə görüşmək istəyərdi. Bizim yanaşmamız odur ki, hansı namizəd qapalı yer təklif edərsə, biz ona etiraz etməyəcəyik”.
MSK sədrinin müavini Rövzət Qasımov müvafiq qurumların bununla bağlı dəstək göstərib, əlavə qapalı yerlər ayırdığını deyib.
















