Moldovalı müxalif siyasətçi, ruspərəst İlan Şor Rusiyaya köçmək imkanını nəzərdən keçirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, o, RİA-ya bu barədə özü məlumat verib:
"Görəcəyik. Bildiyiniz kimi, uşaqlarım və həyat yoldaşım burada yaşayır".
Qeyd edək kin, İ. Şorun həyat yoldaşı məşhur rus müğənnisi Jasmindir. Moldovada siyasətçiyə qarşı cinayət işi açılıb.
















