“2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcənin 36 faizi sosial işlərə yönləndirilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Ə.Əsədov bildirib ki, orta əmək haqqı 300 manatdan 345 manata artıb. 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı eyniləşdirilib.
Baş nazir qeyd edib ki, 2023-cü ildə təkcə əmək haqqı və sosial ödənişlər üçün 750 milyon ayrılıb. Səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması üçün dövlət hesabına 1 milyard 264 milyon manat ayrılıb.
Aytac Aslan
















