• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Son təxribat sülh prosesinə necə təsir göstərəcək? - Etibar Məmmədovdan AÇIQLAMA

SİYASƏT

14 Fevral 2024 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Son təxribat sülh prosesinə necə təsir göstərəcək? - Etibar Məmmədovdan AÇIQLAMA

Ermənistan iki gün əvvəl törədilən təxribatın məsuliyyətini üzərindən atmağa çalışır. Paşinyan hökuməti israrla iddia edir ki, fevralın 12-də şərti sərhədlərdə yaşanan təxribatın törədilməsində hakimiyyətin heç bir rolu yoxdur.

Bakıvaxtı.az-ın məlumatına görə, hətta baş nazir Nikol Paşinyan İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib ki, Ermənistan Müdafiə Nazirliyinə tapşırıq verilib ki, hərbi qulluqçular Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar. Paşinyan əlavə edib ki, hökumətimiz sülh prosesini davam etdirəcək: "Çünki əminik ki, bunun alternativi yoxdur".

Qeyd edək ki, Ermənistan ordusunda da kadr dəyişikləri aparılıb. General-leytenant Kamo Koçunts Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib. Hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini, general-mayor Artak Budayqan isə Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub.

Məlumat üçün bildirək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması səbəbindən şərti sərhəddə vəziyyət gərginləşib. Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb. Dövlət Sərhəd Xidmətinin buna cavab olaraq apardığı “Qisas” əməliyyatı nəticəsində Ermənistan ordusunun dörd hərbçisi məhv edilib, biri yaralanıb.

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov Bakıvaxtı.az-a deyib ki, Ermənistan-Azərbaycan şərti sərhədlərində törədilmiş təxribatın arxasında konkret hansı qüvvələrin durması barədə falçılıq etmək doğru olmaz.

E.Məmmədovun qənaətincə, Avropada olan müəyyən qüvvələrin marağındadır ki, tərəflər arasında yenidən gərginlik yaransın və bununla da Azərbaycana qarşı yenidən ittihamlarını irəli sürsünlər:

"Bu proses də artıq başlayıb. Avropa deyəndə əsas Fransanı nəzərdə tuturam. Təxribat Fransa kəşfiyyatının işi ola bilər. Təbii ki, müəyyən təxribatlarda daxildəki qüvvələrdən də istifadə edilir. Ermənistan daxilində müxtəlif qüvvələr var və onlardan fəal surətdə yararlanırlar”.

Baş verənlərin sülh danışıqlarına necə, hansı formada təsir göstərəcəyinə gəlincə, E.Məmmədov qeyd edib ki, bu, sonrakı mərhələdə bəlli olacaq:

“Hələ ki İrəvan hökuməti qarşıdurmadan imtina edir və baş vermiş hadisənin nəticələrini aradan qaldırmağa çalışır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026