Moldova Prezidenti Maya Sandu “Vaqner”in təyyarə qəzasında ölən təsisçisi Yevgeni Priqojinin onu vəzifəsindən uzaqlaşdırmaq üçün bu ilin əvvəlində ölkədə çevriliş planlaşdırdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Financial Times”a müsahibəsində deyib.
"Bizdə olan məlumata görə, bu, Priqojinin komandası tərəfindən hazırlanmış bir plan idi", - deyə Sandu qeyd edib.
Xatırladaq ki, Y.Priqojin avqustun 23-ü Tverdə təyyarə qəzası nəticəsində dünyasını dəyişib.
















