İsrail ordusu Qəzzanın Beyt-Xanun rayonunda HƏMAS-ın ən mühüm müdafiə məntəqələrindən birini ələ keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçay Adrai deyib.
“Biz HƏMAS-ın ən mühüm müdafiə məntəqəsinə hücum edib, ələ keçirdik. Buradan xeyli kəşfiyyat məlumatları əldə etdik”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə İsrail ordusu HƏMAS-ın 20 komandirini zərərsizləşdirdiyini açıqlamışdı.
















