Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi "Embraer Legacy 600" qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi qəzaya uğrayan təyyarədəki şəxslərin tam siyahısını dərc edib.
Məlumata görə, göyərtədə sərnişinlər Yevgeni Priqojin, Dmitri Utkin, Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matuseyev olub.
Ekipajda isə komandir Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopova var idi.
Qeyd edək ki, Tver vilayətində qəzaya uğrayan təyyarədə Priqojin də daxil olmaqla 10 nəfər olub. Rosaviasiya onların hamısının öldüyünü açıqlayıb.
















