Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu vəfat edib.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə infarkt keçirən Mehmet Mutlu Mərmərə Universiteti Araşdırma Xəstəxanasına aparılıb və ürək damarlarına stent qoyulub. Bu gün evə buraxılan Mutlu evdə yenidən infarkt keçirib. Ümraniye Dövlət Xəstəxanasına aparılan Mutlunun həyatını xilas etmək mümkün olmayıb.
Ərdoğanın mərhum dayısı Kamal Mutlunun oğlu olan Mehmet Mutlu Ənənəvi Uşaq Oyunları Federasiyasının prezidenti olub. Uşaq oyunlarını canlandırmaq üçün səy göstərən Mutlu, Türk Dünyası və zəlzələ bölgəsində uşaqlar üçün həyata keçirdiyi fəaliyyətləri ilə tanınırdı.
Ərdoğanın sabah İstanbulda torpağa tapşırılacaq Mehmet Mutlunun dəfn mərasiminə qatılacağı gözlənilir.