• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsrail buna görə xüsusi əməliyyat mərkəzi yaratdı

DÜNYA

22 Oktyabr 2023 | 18:16

İsrail buna görə xüsusi əməliyyat mərkəzi yaratdı

İsrailin Baş Təhlükəsizlik Xidməti və “Mossad” kəşfiyyat xidməti İsrailə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda iştirak edən  HƏMAS-ın “Nuxba” bölməsinin bütün yaraqlılarını müəyyən edib məhv etmək olacaq.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağına endirilən hava zərbələri nəticəsində “Nuxba” bölməsinin bir neçə komandirinin öldürüldüyünü elan etmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026