• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Putin-Rəhmon danışıqları oldu

DÜNYA

21 Noyabr 2023 | 15:58

Putin-Rəhmon danışıqları oldu

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparıb.

Bakıvaxtı.az xəbər verir ki, danışıqlar Kremldə keçirilib.

Rusiya lideri tacik həmkarına rus dilinin inkişafına və iki ölkə arasında mədəniyyət və ümumilikdə humanitar sahədə əlaqələrin inkişafına göstərdiyi diqqətə görə təşəkkür edib.

Putin qeyd edib ki, Rusiya Tacikistanda açılan rusdilli məktəblər üçün dərsliklərin alınmasına hər il 200 milyon rubl ayıracaq.

Rusiya prezidenti onu da vurğulayıb ki, Tacikistan Rusiya Federasiyasında bakalavr və magistratura pilləsi üzrə ən böyük kvotaya (ildə 900 nəfər) malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026