• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib

DÜNYA

21 Dekabr 2023 | 13:26

Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib

Çin Xalq Respublikası (ÇXR) böyük dövlətləri Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsində daha konstruktiv rol oynamağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin son bəyanatını şərh edərkən bildirib.

"Çin hesab edir ki, bütün tərəflər, xüsusilə də güclü dövlətlər Qırmızı dənizdə təhlükəsizliyinin təmin edilməsində konstruktiv rol oynamalıdırlar", - o bildirib.

V.Venbin qeyd edib ki, Çin həmişə beynəlxalq su yollarının təhlükəsizliyini qorumağı və mülki gəmilərə hücumların qarşısını almağı müdafiə edib.

Xatırladaq ki, Miller bəyanatında Çinin Qırmızı dənizdə husi qiyamçılarının hücumları ilə mübarizədə fəal rol oynamalı olduğunu bildirib. Onun qənaətincə, bu hücumlar Pekinə zərər vurur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026