• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yunanıstanın Baş nazirinin iqamətgahında  YANĞIN

DÜNYA

20 Yanvar 2024 | 11:31

Yunanıstanın Baş nazirinin iqamətgahında YANĞIN

Yunanıstanın Baş nazirinin iqamətgahında , Afinadakı Maksimus sarayında yanğın baş verib. 

Bakıvaxtı.az "RİA Novosti" yə istinadən xəbər verir ki, yanğın yanvarın 20-də səhər saatlarında malikanənin birinci mərtəbəsindəki anbarda baş verib. 

Yanğının söndürülməsinə 7 maşınla 24 yanğınsöndürən cəlb olunub. Bir müddət sonra yanğının qarşısı alınıb və cüzi ziyan dəyib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sözügedən iqamətgah 1982-ci ildən Yunanıstanın Baş nazirinin rəsmi iqamətgahıdır. O, Afinanın mərkəzində, Sintaqma meydanının yaxınlığında yerləşir. Binada Yunanıstan hökumətinin başçısının ofisləri yerləşir, lakin Baş nazirin özü orada yaşamır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026