Kanada Çini Qərbin husilərə qarşı mübarizəsinə cəlb etmək istəyir.
Bakıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir.
Məlumata görə, Kanadanın xarici işlər naziri Mélanie Joly, Çini husilərlə mübarizədə Qərbə yardım etməyə çağırıb.
Belə ki, Joly, Çinin Qərbin Yəmənin "Ənsar Allah" hərəkatına (Husilərə) qarşı mübarizəsində öz rolunu oynamasının zəruriliyini Pekinin özünün maraqlarına uyğun olduğunu söyləyib.
Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Kanadanın xarici işlər naziri Çinin xarici işlər naziri Vanq Yiyə bildirib ki, Pekin Qırmızı dənizi açıq saxlamaq üçün husilərə təsir göstərməlidir.
Mina Mikayılova
















