• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Livandan ABŞ-yə ÇAĞIRIŞ

DÜNYA

20 Yanvar 2024 | 12:15

Livandan ABŞ-yə ÇAĞIRIŞ

Livan və İsrail arasında sərhəd problemlərinin həlli üçün ABŞ-nin vasitəçilik missiyasının bərpası Vaşinqtonun Yaxın Şərqdə hərbi eskalasiyanın qarşısını almaq niyyətini göstərmək üçün zəruridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Livan parlamentinin “Azadlıq və İnkişaf” blokundan olan deputatı, Yaxın Şərqdə hərbi-strateji məsələlər üzrə  eksperti Məhəmməd Xavaca deyib.

Onun sözlərinə görə, iki ölkənin sərhədində döyüşlər 100 gündən artıqdır ki, davam edir, lakin hələ də məhdud xarakter daşıyır. Onların davam etdirilməsi İsrailin Qəzza zolağında fəaliyyətini dayandırmasından asılıdır. Deputat vurğulayıb ki, ABŞ bu istiqamətdə İsrail dövlətinə təzyiq göstərmək əvəzinə Livandan birtərəfli güzəştlər axtarır.

Xacava deyib ki, danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ Dövlət Departamentinin baş müşaviri Amos Hawksteen yanvarın 11-də Livan hökumətinə ultimatum verib, ona görə Hizbullah əsgərləri sərhəd xəttindən 25-30 km irəliləməlidir. ABŞ nümayəndəsi bu addımı evakuasiya edilmiş sakinlərin sərhədyanı ərazilərə qayıtmasına imkan verəcək müvəqqəti nizamlanma variantı adlandırıb.

Livanlı parlamentarinin sözlərinə görə, rəsmi Vaşinqton Hizbullahın döyüş qabiliyyətinin Qəzza zolağındakı Həmas qüvvələrininkindən qat-qat yüksək olduğunu başa düşür və Livanın cənubunda yeni münaqişənin nəticəsi İsrail üçün fəlakətli ola bilər.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026