• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Husilər Amerikanın pilotsuz təyyarəsini vurdu

DÜNYA

19 Fevral 2024 | 12:04

Husilər Amerikanın pilotsuz təyyarəsini vurdu

Husilər Amerika pilotsuz təyyarəsini məhv etdiklərini iddia edirlər.

Bakıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Sariya açıqlama yayıb.

Məlumata görə, hərəkatın hava hücumundan müdafiə qüvvələri ABŞ-ın MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini raketlə vurub .

Onun sözlərinə görə, zərbə Yəmənin liman şəhəri Hudeyda ərazisindən Amerika pilotsuz təyyarəsinin İsrail adından Yəmənə qarşı “düşmənçilik missiyası yerinə yetirdiyi” bir vaxtda həyata keçirilib .

Fevralın 19-u səhər saatlarında o da məlum olub ki, husilər Ənsar Allah Ədən körfəzində Britaniyaya məxsus “Rubymar” gəmisini vurub , nəticədə gəmi ciddi ziyan görüb və batmış ola bilər.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin kəskinləşməsindən sonra Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allah İsrail ərazilərinə hücumlar həyata keçirəcəyini və bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və dəniz sularından keçməsinə icazə verməyəcəyini bildirib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026