• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağırılacaq

DÜNYA

21 Dekabr 2023 | 13:01

Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağırılacaq

Ermənistanda gələn ilin əvvəlində ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul olunub.

İclasda 2024-cü il 23 yanvar – 12 aprel tarixlərində ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları keçiriləcəyi elan edilib. Təlimlərə 2 838 nəfərə yaxın şəxs cəlb olunacaq ki, onlardan 2579-u sıravi və aşağı rütbəli hərbçi, 98 nəfəri baş gizir, 161 nəfər isə zabit olacaq.

Elan edilmiş təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026