• Bakı 10° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Xaricdə yaşayan ukraynalılar səfərbərliyə cəlb edilə bilər

DÜNYA

21 Dekabr 2023 | 13:44

Xaricdə yaşayan ukraynalılar səfərbərliyə cəlb edilə bilər

Almaniyada və digər ölkələrdə yaşayan, 25-60 yaş kateqoriyasına daxil olan ukraynalı kişilər səfərbərliyə cəlb edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov “WELT TV” telekanalına müsahibəsində danışıb. 

Onun sözlərinə görə, həmin şəxslər gələn il Ukrayna Silahlı Qüvvələrinin çağırış məntəqələrinə getməlidirlər. Bu tələbi yerinə yetirməyənlərə qarşı isə sanksiyalar tətbiq ediləcək: “Onlar könüllü olaraq gəlməsə, nə baş verəcəyini hələ müzakirə edirik”. 

Telekanal qeyd edir ki, Ukraynalı hərbçilər əlavə olaraq 450 000 – 500 000 əsgəri orduya cəlb etmək niyyətindədirlər. Bununla belə, bu addımın maliyyə və siyasi şərtləri hələ dəqiqləşdirilməyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə səfərbərliyi “həssas məsələ” adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR