Noyabrın 21-də İspaniyanın yeni hökumətinin andiçmə mərasimi keçirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, xəbər verir ki, Baş nazir Pedro Sançes 12-si qadın və 10-u kişi olmaqla 22 nazirdən ibarət koalisiya hökumətini formalaşdırıb. O, bir gün öncə “dialoqun qurulmasına diqqət yetirəcək yüksək siyasi nüfuzlu və feminist” bir hökumət qurduğunu elan edib.
Xatırladaq ki, noyabrın 16-da İspaniya parlamenti səsvermədən sonra Pedro Sançesi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Beləliklə, 2018-ci ildən hökumətə rəhbərlik edən Pedro Sançes yeni müddətə hökumət başçısı vəzifəsində qalmaq imkanı qazanıb.
















