• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

İsrail ordusu "Hizbullah" hədəflərinə zərbələr endirib

DÜNYA

21 Dekabr 2023 | 12:40

İsrail ordusu "Hizbullah" hədəflərinə zərbələr endirib

İsrailin zərbələri nəticəsində Livanda bir mülki şəxs ölüb, bir nəfər yaralanıb.

Bakıvaxtı.az "France24"ə istinadən xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildirilib ki, bu gün səhər Livanın cənubundakı Marun ər-Ras qəsəbəsini İsrail artilleriya mərmiləri ilə vurub və bu zərbələrdən biri yaşlı cütlüyün yaşadığı evə düşüb, nəticədə səksən yaşlarında bir qadın həlak olub, onun həyat yoldaşı yaralanıb.

"Hizbullah"a bağlı Livan mediası bildirib ki, İsrail bu gün səhər şəhərə 180 zərbə endirib. İsrail ordusu gecə hücumlarına cavab olaraq "Hizbullah" hədəflərinə zərbələr endirdiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026