• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu ölkədə havanın temperaturu 44 dərəcədən çoxdu 

DÜNYA

21 Noyabr 2023 | 16:14

Bu ölkədə havanın temperaturu 44 dərəcədən çoxdu

Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür. Ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.

Ekoloqlar anomal istiləri El-Ninyo fenomeni və iqlim dəyişikliyi ilə izah edirlər. Sinoptiklər bu həftə temperaturun bir qədər aşağı düşəcəyini proqnozlaşdırır. Teylor Sviftin Rio-de-Janeyro şəhərində planlaşdırılan konsertinin istilər səbəbindən ləğv edildiyi bildirilir.

Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR