• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gürcüstan sabahkı "3+3" formatlı görüşdən imtina etdi

DÜNYA

22 Oktyabr 2023 | 21:08

Gürcüstan sabahkı "3+3" formatlı görüşdən imtina etdi

Gürcüstan oktyabrın 23-də Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, Gürcüstan heç vaxt bu formatda görüşlərdə iştirak etməyib.

Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026