• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan haqlıdır, bu, Türkiyədən asılıdır – Surenyants

DÜNYA

21 Noyabr 2023 | 18:32 | Müəllif: Subhan Mahmudov

Ərdoğan haqlıdır, bu, Türkiyədən asılıdır – Surenyants

Ermənilərə ən böyük zərəri Ermənistanı təxribata yönləndirənlər və müharibədən qazanc əldə edənlər vurdu. Qərb ölkələrindən göndərilən heç bir silah sabit dünyanı əvəz edə bilməz.

Bakıvaxtı.az bildirir ki, bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh edərkən yazıb.

"Müəllifi Ərdoğan olsa belə, bunlar doğru sözlərdir. Nə Şimaldan, nə də Qərbdən "xilaskar" ola bilər. İrəvanın dövlətçiliyi ilk növbədə Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır", - o bildirib.

Qeyd edək ki, Ərdoğan Ermənistana səslənərək, Azərbaycanla sülh bağlamağa çağırıb. O vurğulayıb ki, İrəvan təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıqda axtarmalıdır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR