Bu gün Rusiya Müdafiə Nazirliyinin brifinqi keçirilib.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, brifinqdə Rusiya Ukrayna müharibəsi haqqında bunlar deyilib:
Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Krasnolimanski istiqamətində hücumunu dəf edib, Ukrayna tərəfinin bu istiqamətdə 190-dək hərbi qulluqçusu həlak olub və yaralanıb.
Rusiya hava hücumundan müdafiə qüvvələri gündə 29 Ukrayna PUA və 4 HIMARS mərmisini vurdu
Rusiya Silahlı Qüvvələri Zaporojye istiqamətində Rabotin bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus hücumu dəf edib
Rusiya Silahlı Qüvvələri bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinin hücum qruplarının Kupyansk istiqamətində doqquz hücumunu dəf edib. Ukraynanın 55hərbçisini itirib.
Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 17 hücumunu dəf edib, Ukrayna 210-dək hərbi qulluqçusunu itirib
Cənubi Donetsk istiqamətində Rusiya Silahlı Qüvvələri KXDR-in Katerinovka və Novomikhailovka bölgələrində Ukrayna Silahlı Qüvvələrinin iki briqadasının canlı qüvvəsi və texnikasını vurub
Babək İdrisov
















