• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bazanı tərk edən sülhməramlılar atəşə tutuldu

DÜNYA

22 Oktyabr 2023 | 21:45

Bazanı tərk edən sülhməramlılar atəşə tutuldu

BMT sülhməramlıları Malinin şimal-şərqindəki Tesalit şəhərindəki bazasını sürətlə tərk ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Malidəki sülhməramlı qüvvələrinin (MINUSMA) qərargahı məlumat yayıb.

“MINUSMA qüvvələrinin Tesalit bazasından sürətlə çıxarılması həddindən artıq gərginlik və missiyanın həyatını riskə atan təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda tamamlanıb”,-deyə, məlumatda vurğulanıb.

Tessalit bazasının bağlanması missiyanın mandatını sona çatdıran BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra MINUSMA qoşunlarının Kidal bölgəsindən ilk və Malidəki altıncı bazasından çıxarılmasını göstərir.

Kontingentin Tesalitdən çıxarılması sülhməramlıların atəşə tutulması ilə müşayiət olunub. Qeyd olunub ki, sülhməramılların bir hissəsi olan Çad bölmələri artıq evə uçub. Missiya komandanlığı, həmçinin nəqliyyat vasitələri, generatorlar və döyüş sursatları da daxil olmaqla, çıxarıla bilməyən avadanlıqları məhv etmək və ya sıradan çıxarmaq qərarına gəlib.

İyunun 30-da BMT Təhlükəsizlik Şurası Mali hökumətinin tələbi ilə bu ölkədən sülhməramlı missiyanı dayandırmaq barədə qətnaməni yekdilliklə qəbul edib. Sülhməramlıların çıxarılması 31 dekabr 2023-cü ilə qədər tamamlanmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026