Böyük Britaniyanı "Babbet" qasırğası vurub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində ən azı dörd nəfər ölüb, böyük daşqınlar ölkə daxilində xaosa səbəb olub.
Ətraf Mühit Agentliyi xəbərdarlıq edib ki, böyük çaylarda yenə daşqın ola bilər. Şotlandiya, Yorkşir və Şərqi İngiltərənin bəzi hissələrində dəmir yolu xidmətləri dayandırılıb, bəzi marşrutlar hələ də su altında qalıb.
















