• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Putin Kim Çeni təbrik etdi

DÜNYA

15 Avqust 2023 | 11:33

Putin Kim Çeni təbrik etdi

Rusiya prezidenti Vladimir Putin KXDR-in Qurtuluş Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Ina təbrik teleqramı göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Teleqramda deyilir: “Bu bayram ölkənizin yapon müstəmləkəçiliyindən azad edilməsi uğrunda birgə döyüşmüş Qırmızı Ordu əsgərlərinin və Koreya vətənpərvərlərinin cəsarət və qəhrəmanlığının rəmzidir”.

Rusiya lideri qeyd edib ki, məhz o zaman dostluq və əməkdaşlıq ənənələrinin əsası qoyulub və bu, Rusiya Federasiyası ilə KXDR arasında münasibətlərin inkişafı üçün əsas olub.

Putin həmçinin ümid etdiyini bildirib ki, Moskva və Pxenyan bütün sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.

Teleqramın sonunda Rusiya prezidenti KXDR rəhbərinə möhkəm cansağlığı və uğurlar, Şimali Koreya xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026