Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Laçın dəhlizi və Qarabağdakı vəziyyəti böhran adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyan Putini Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasındakı vəziyyəti müzakirə etməyə dəvət edib.
“Biz mütəmadi olaraq görüşür və bir çox məsələləri müzakirə edirik. Bu gün biz ikitərəfli gündəlikdəki məsələləri və regional məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, biz bu gün Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı vəziyyəti də müzakirə edəcəyik. Təəssüf ki, orada humanitar vəziyyət gərgin olaraq qalır”, - Paşinyan bildirib.
18:40
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş Soçidə baş tutub.