• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Putin və Çin prezidentinin 4,5 saatlıq görüşü başa çatıb - YENİLƏNİB

DÜNYA

20 Mart 2023 | 22:36

Putin və Çin prezidentinin 4,5 saatlıq görüşü başa çatıb - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında danışıqlar başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İki ölkə liderinin Kremldəki görüşü 4,5 saat davam edib. Bu gün Putin və Cinpin arasında qeyri-rəsmi təkbətək danışıqlar aparılıb, daha sonra siyasətçilərin şam yeməyində görüşü planlaşdırılır.

***21:47

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında danışıqlar təxminən 4 saat əvvəl başlasa da, hələlik yekunlaşmayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

O, siyasətçilər arasında danışıqların nə qədər davam edəcəyini dəqiqləşdirməyib.

Jurnalistlərlə söhbət zamanı ÇXR lideri rusiyalı həmkarı ilə beynəlxalq mövzuları və strateji əməkdaşlığın inkişafı planını müzakirə etməyi planlaşdırdığını bildirib. Peskovun sözlərinə görə, görüşdə digər məsələlərlə yanaşı, liderlər Ukraynadakı vəziyyət və Çinin sülh yolu ilə nizamlanma planı barədə danışacaqlar.

Çin prezidentinin Rusiyaya səfəri martın 20-dən 22-dək davam edəcək. 

 

 

18:00

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında qeyri-rəsmi görüş başlayıb.

Bakıvaxtı.az  bu barədə rus mediasına istinadən xəbər verir.

Liderlər arasında danışıqlar Kremldə təkbətək formatda keçirilir.


SON XƏBƏRLƏR