• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Lavrov müharibənin bitməsi üçün şərtləri açıqladı

DÜNYA

19 Aprel 2023 | 18:00

Lavrov müharibənin bitməsi üçün şərtləri açıqladı

Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsini istəyirik.

Bakıvaxtı.az xarici mətbuata istinada xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya rəsmi səfəri çərçivəsində braziliyalı həmkarı Mauro Vieyra ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Lavrov müharibənin başa çatması üçün şərtləri sadalayıb.

Onun sözlərinə görə, bu planlar ilk növbədə Ukrayna ərazisində Rusiya Federasiyasının təhlükəsizliyinə heç bir təhlükənin olmamasından ibarətdir: "Qərb uzun illərdir ki, belə planları həyata keçirir. İkinci vəzifə Ukrayna parlamentində qəbul edilmiş qanunlar toplusudur".

Lavrov deyib ki, Ukraynanın şərqində və cənubunda illərdir hüquqları pozulan rusdilli əhalinin həyatını Rusiya təhsili, mediası, mədəni tədbirləri və milyonlarla cildləri ilə qorumaqdır.

"Ukrayna kitabxanalarında olan rusdilli kitabların qəsdən məhv edildiyinə əminəm”, - deyə Sergey Lavrov bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR