Moldova Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru məlumat verib.
“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsi qərara alınıb. Səfirliyin daha iki əməkdaşının hava limanına xüsusi buraxılışı qadağan edilib”, - Kojokaru qeyd edib.
















