• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Putinlə Şoyqunun Sibirdə ŞOK PLANI

DÜNYA

22 Aprel 2022 | 14:45 | Müəllif: Subhan Mahmudov

Putinlə Şoyqunun Sibirdə ŞOK PLANI

Rusiyada ukraynalılar üçün həbs düşərgələri yaratmağı planlaşdırırdılar.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

"Genişmiqyaslı müdaxilə qərarını Putin təkbaşına verməyib, bu, Rusiyanın ali siyasi rəhbərliyinin qərarıdır. Rus ordusunun vəzifəsi ölkəmizi, xalqımızı məhv etmək, Ukraynanı müstəmləkəyə çevirməkdir. Qərbi Sibirdə Putin və Şoyqu yeni şəhərlər tikmək üçün ukraynalılara konsentrasiya düşərgələri qurmağı planlaşdırırdılar. Rusiyanın dayanmayacağına şübhə yoxdur. Biz onları bütün ərazilərimizdən, o cümlədən Krımdan qovmayana qədər müharibə bitməyəcək", - Danilov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026